Avqustun 30-31-də Bakı Beynəlxalq MultikulturalizmMərkəzinin platformasında Dağ Yəhudilərinin Beynəlxalq Xeyriyyə Fondu “STMEGI” və İsraildəki Bar-İlan Universitetinin nəzdində Dahan Mərkəzinin (Dahan Centre) birgə layihəsi olan “Şimali və Şərqi Qafqazyəhudilərinin irsi və mədəniyyəti” mövzusunda beynəlxalqelmi konfrans keçiriləcək.
Azərbaycan DillərUniversitetində baş tutacaq konfransda Azərbaycan, İsrail, Rusiya, ABŞ, Fransa və digər ölkələrdən 60-dan çoxtədqiqatçı-alim iştirak edəcək. Konfransın açılışında Bar-İlan Universitetinin nəzdində Dahan Mərkəzinin direktoruŞimon Ohayon, Azərbaycan Dillər Universitetinin rektoruakademik Kamal Abdulla, Bakı Beynəlxalq MultikulturalizmMərkəzinnin icraçı direktoru Rəvan Həsənov, AşkelonAkademik Kollecinin rektoru Şimon Şarvit, Azərbaycanİlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, Bar-İlan Universiteti Təhsil fakültəsinin dekanı, Zehavit Qross çıxışedəcəklər. Açılış sesiyasında İsrailin Bar-İlan Universitetinin professoru Dan Şapiranın məruzəsidinləniləcək.
İki gün davam edəcək beynəlxalq konfransın 13 paneliclasında – “Adət və ənənələr”, “Azərbaycanda və Yəhudiİcmasında multikulturalizm”, “Milli və Etnik Kimlik”, “SionistFəaliyyət və Qafqazdan immiqrasiya”, “İsrail-Azərbaycanmünasibətləri”, “Bakıdakı Yəhudi İcması: Tarix vəCəmiyyət”, “Dil və Kimlik”, “Qafqaz yəhudiləri Müasirdövrdə”, “Dağ Yəhudiləri ikinci dünya müharibəsidövründə”, “Mədəniyyət və incəsənət”, “YəhudilərAzərbaycanda”, “Qafqaz yəhudilərinin tədqiqi mənbələri” mövzularında geniş müzakirələr aparılacaq.
Qeyd edək ki, konfrans Bar-İlan Universitetinin nəzdindəDahan Mərkəzi (İsrail), Bakı Beynəlxalq MultikulturalizmMərkəzi, Azərbaycan Dillər Universiteti, Azərbaycanİlahiyyat İnstitutu, Akademik Aşkelon Kolleci (İsrail), Dağ Yəhudilərinin Beynəlxalq Xeyriyyə Fondu “STMEGI”-ninbirgə təşkilatçılığı ilə keçirilir.
Beynəlxalq konfrans çərçivəsində Bakı Four Seasons Hotelində Azərbaycanın musiqi və rəqslərinin də nümayişolunacağı Qala tədbirinin keçirilməsi nəzərdə tutulur.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidməti