!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mümkün NATO-Rusiya qarşıdurması: Polşaya atılan raket hadisələri necə dəyişəcək? - ŞƏRH

!Reklam – Yazi

“Polşada baş verənlərin Rusiya ilə əlaqəli olduğunu düşünmürəm”.

Bunu Polşaya atılan raketlərin NATO-nun Ukrayna-Rusiya müharibəsini bitirmək üçün atdığı addım kimi qiymətləndirilməsi iddialarına münasibət bildirən siyasi şərhçi Tural İsmayılov Yenicag.az-a açıqlamasında deyib.

O hazırda NATO-nun hansısa addım atmayacağını bildirib:

“Pərdəarxasında olsa da, NATO-nun Ukraynaya dəstəyi ortadadır. Rusiya-Ukrayna müharibəsi Rusiya-NATO savaşı kimi xarakterizə oluna bilər.

Polşada baş verənlərin Rusiya ilə əlaqəli olduğunu düşünmürəm. NATO üzvü olan ölkədə rus silahlarının tapılması Rusiyaya qarşı cəbhənin genişlənməsi deməkdir. Rusiyanın Xerson məğlubiyyətindən sonra belə ağılsızlıq etməsi müharibənin taleyini dəyişə bilər.

Polşada baş verənlərin təsadüf olduğunu düşünürəm. NATO-nun Rusiyaya hücum etməsi üçün Polşada belə təxribatlar törədəcəyini düşünmürəm.

Araşdırmanın sonunda təxribatın törədilməsində Polşaya aid silahlar olduğu ortaya çıxacaq. Araşdırma sona çatdıqdan sonra geniş çaplı müharibə, yaxud NATO-Rusiya qarşıdurması baş verməyəcək”.

Nəsimi Ələsgərli

www.yenicag.az

23105
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv