!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Münaqişə qısa müddətdə həll olunmalıdır” – Azay Quliyev

!Reklam – Yazi

51620ebe11d63250809a0c006db107a0Bu il iyulun 1-5-də ATƏT Parlament Assamblyesının (PA) Tbilisidə keçiriləcək 25-ci illik sessiyası çərçivəsində “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi”nə həsr olunmuş ayrıca bir tədbirin təşkili çox vacibdir.

Bu barədə APA-ya ATƏT PA-nın büro üzvü Azay Quliyev bildirib. Millət vəkilinin sözlərinə görə, ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə münaqişənin həlli yolları müzakirə olunmalıdır: “Bu məsələ ATƏT PA-nın aprelin 11-də Kopenhagendə keçirilən büro iclasında müzakirə olundu. Hesab edirəm ki, ATƏT PA Minsk qrupunun həmsədrləri ilə münaqişənin həllinə dair yaxından əməkdaşlıq etməli və sülh danışıqlarının gedişatını bir növ nəzarətdə saxlamalıdır. Həmsədrləri isə mütəmadi olaraq görülən işlər, problemin həlli və bu istiqamətdə irəli sürülən təkliflər və tərəflərin ona münasibəti haqqında ATƏT PA-ya daim məlumat verməlidir. Bu cür qarşılıqlı əməkdaşlıq və məlumat mübadiləsi məsələnin tezliklə həllinə, danışıqlarda səmimi və konstruktiv mühitin yaranmasına sanballı töhfə vermiş olar. Hamı bilməlidir ki, münaqişə qısa müddətdə həll olunmalı və işğalın nəticələri tezliklə aradan qalxmalıdır. Bu baxımdan ATƏT-in aidiyyəti institutlarının fəaliyyətinin effektiv koordinasiyasına indi əvvəlkindən daha çox ehtiyac var. Ümid edirəm ki, Tbilisidə, yay sessiyası çərçivəsində belə bir dinləmənin keçirilməsi mümkün olacaq”.

www.yenicag.az

628
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv