!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Münaqişənin sülh yolu ilə həllinə ümid qalmayıb” – Azərbaycanlı polkovnik

!Reklam – Yazi

“Ermənistan rəhbərliyinin bu sayaq həyasızlığının qarşılığında Azərbaycanın hərbi əməliyyatlara başlaması gözləniləndir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Ermənistanın baş naziri Nikol Paşinyanın Xankəndində verdiyi son bəyanatdan sonra Azərbaycanın hərbi əməliyyatlara başlamaq ehtimalını dəyərləndirən ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.

Polkovnikin sözlərinə görə, Paşinyanın Xankəndindəki mitinqdə səsləndirdiyi “Qarabağ Ermənistandır” bəyanatı onun siyasi savadsızlığının göstəricisidir: “Paşinyan böyük siyasətə aşağı-yuxarı bir ildir ki, gəlib. Onun nə siyasi savadı, nə də nüfuzu var. Azərbaycan tərəfi Qarabağ münaqişəsinin nizamlanmasının vacibliyi ilə bağlı mövqeyini dəfələrlə bəyan edib. Prezident İlham Əliyev bildirib ki, biz Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına icazə verməyəcəyik. Müdafiə naziri Zakir Həsənov da silahlı qüvvələrimizin Ali Baş Komandanın döyüş tapşırığını yerinə yetirməyə hər an hazır olduğunu diqqətə çatdırıb. Silahlı qüvvələrin beynəlxalq əmsalına gəldikdə, Azərbaycan hərbi qüvvələri dünyada 50-ci, Ermənistan isə 92-ci yerdədir. Müşahidələr də göstərir ki, Paşinyan öz fikirlərini, mövqeyini tez-tez dəyişir; gah yumşaq fikirlər səsləndirir, gah da populist çıxışlar edir. Paşinyanın bəyanatından sonra Azərbaycan tərəfi danışıqları dayandırmalıdır. Ötən dəfə də belə oldu. Paşinyanın sərsəm bəyanatından sonra Azərbaycan prezidenti bildirdi ki, biz bu şəxslə danışqlara getməyəcəyik. Eyni zamanda, onu da unutmayaq ki, Ermənistan heç vaxt müstəqil siyasət yürütməyib, həmişə üçüncü dövlətlərin təlimatına uyğun hərəkət edib. Paşinyanın Xankəndində verdiyi sonuncu bəyanat isə həm də siyasi savadsızlığın göstəricisidir. Çünki Ermənistanın sabiq rəhbərlərindən heç biri o formada bəyanat verməmişdi”.

Hərbi ekspert hesab edir ki, Paşinyanın bu tərzdə meydan oxumasından sonra Azərbaycan sərt addımlar ata bilər: “Ola bilsin Azərbaycan tərəfi Qarabağda antiterror əməliyyatlarına başlayaraq, torpaqların işğaldan azad edilməsi prosesinə start verəcək. Yəni, işğalçı ölkə rəhbərliyinin bu sayaq həyasızlığının qarşılığında Azərbaycanın hərbi əməliyyatlara başlaması gözləniləndir. Qarşı tərəfə veriləcək cavab adekvat olmalıdır. Ümumiyyətlə, Paşinyanın bu bəyanatı münaqişənin sülh yolu ilə həlli imkanlarının qalmadığını göstərir”.

Səxavət Məmməd

www.yenicag.az

4714
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv