Münasibətlərdə müsbət TENDENSİYA: “İran Ermənistanı kölgədə qoydu”

“Şahidi olduğumuz müsbət tendensiya fonunda gələcəkdə İran-Azərbaycan münasibətləri daha da yaxşı olacaq”.

Bunu Yenicag.az-a açıqlamasında İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın “İrana Azərbaycan qədər yaxın dost ölkə yoxdur” bəyanatının Azərbaycanla münasibətlərə təsirindən danışan politoloq Əlimusa İbrahimov deyib.

Onun sözlərinə görə, İrana Azərbaycan qədər yaxın ölkə yoxdur bəyanatı ilə Tehran İrəvanın bostanına daş atdı.

“Bu vaxta qədər müşahidə etsək, İran-Ermənistan münasibətləri İran-Azərbaycan münasibətlərindən daha yüksək tutulurdu. Lakin Pezeşkianın bu sözləri hər şeyi kökündən dəyişdi. Bir sözlə, İran Ermənistanı kölgədə qoydu.

Eyni zamanda, hər iki ölkənin parlament spikerləri çərçivəsində qarşılıqlı keçirilən görüşdən sonra müsbət mesajların verildiyinin şahidi olduq. Sadalanan proseslər fonunda hər iki ölkənin yenə də qarşılıqlı şəkildə digər qurumlar ilə görüşlərinin keçiriləcəyi şübhəsizdir. Şahidi olduğumuz müsbət tendensiya fonunda gələcəkdə İran-Azərbaycan münasibətləri daha da yaxşı olacaq”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

COP29