Münevver Karabulut cinayəti – Qızı öldürdukləri divanda şəkil çəkdirdilər – FOTOLAR

12 il əvvəl vəhşicəsinə qətlə yetirilən Müvəvvər Karabulutu öldürən Cem Garipoğlunun ailəsi soasil mediada paylaşımına görə tənqid olunub.

Yenicag.az xəbər verir ki, Cem Garipoğlunun bacısı S. Garipoğlu qısa müddət əvvəl “Intagram”da şəkil paylaşıb. Ailə üzvlərinin olduqca xoşbəxt göründüyü şəkildə bir məqam diqqət çəkib. Şəkildə Garipoğullarının üzərində oturduqları divan Münəvvər Karabulutun öldürüldüyü otaqda olan divandır.

Hadisə günü polis tərəfindən incələnən divanın üzərindəki qan ləkələri 42, 43 və 44 olaraq nömrələnmişdi. Bundan başqa otağn bir çox yerində qan izləri aşkarlanmışdı.

Görünən odur ki, Garipoğlu ailəsi koçdükləri yeni evə cinayətin izlərini daşıyan divanıda aparıblar. Ailə rəylərə görə şəkli silmək məcburiyyətində qalıb.

Qeyd edək ki, 3 mart, 2009-cu ildə vəhşiliklə qətlə yetirilən Münəvvər Karabulut cinayəti Türkiyə də olay yaratmışdı. Cinəyətə görə Türkiyə ayağa qalxmış, qəzetlər günlərlə bu mövzunu manşet etmişdi. Cem Garipoğlu törətdiyi cinayətdən 197 gün sonra təslim olub həbs edilmişdi. Qatilin ailəsi cinayətə yardımçı olmaqda günahlandırılsda, bu barədə heç bir cinayət işi açılmamışdı. 2014-cü ildə Cem Garipoğlu həbsxanada özünü asaraq intihar etmişdi. Lakin onun ölmədiyi, ailəsi tərəfindən qaçırılaraq başqa ölkədə həyatını davam etdirdiyinə dair şüphələr illər keçsədə səngimir.

Natavan Abbaslı