!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Münhen debatı "Hürriyet"də: “Paşinyan “həvəskar siyasətçi” kimi göründü” – Yalçın Bayer

!Reklam – Yazi

Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın Münhendə baş tutmuş debatı dünya mediasında hələ də müzakirə olunmaqdadır.

Yenicag.az xəbər verir ki, Türkiyənin nüfuzlu “Hürriyet” qəzetinin köşə yazarı Yalçın Bayer bugünkü köşə yazısını İlham Əliyev-Nikol Paşinyan arasındakı debata həsr edib.

Yalçın Bayer köşəsində Paşinyanın siyasi savadsızlığını və İlham Əliyevin qarşısında aciz duruma düşdüyünü qeyd edib:

“14-16 fevral tarixləri aralığında Münhendəki Təhlükəsizlik Konfransında Prezident İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyanın bir qadının moderatorluğunda Dağlıq Qarabağ məsələsini müzakirə etmələri dünyada böyük səs-küy yaratdı.

Daha məntiqli olan İlham Əliyevin yüksək səviyyədəki dil biliyi ilə debata hakim olması ona xal qazandırdı. Paşinyan isə “həvəskar” bir siyasətçi kimi göründü. İngilis dilini pis bilməyinə baxmayaraq, o dildə danışmağa çalışdı. Ümumilikdə bunları qeyd etmək lazımdır:

İlk dəfə Azərbaycan prezidenti bu qədər geniş bir platformada haqlı olduğunu açıq şəkildə göstərə bildi. Paşinyan isə yeni heç bir şey demədi və hətta erməni analitiklərin dediyinə görə, bu debat Ermənistan üçün neqativ imic formalaşdırdı.

Paşinyan populist bir siyasətçi kimi idi… Ölkəsindəki analitiklər tərəfindən Paşinyan üçün “xam siyasətçi” rəyi verildi. Əliyev və Paşinyan arasında siyasi konsepsiyanın təqdimatında da böyük fərqin olduğu açıq göründü. İlham Əliyev beynəlxalq hüquqa istinadla danışarkən, Paşinyanın eramızdan əvvəlki tarixi olayları örnək göstərməsi qəribə təəssürat yaratdı.

Beynəlxalq müşahidəçilər, xüsusilə də erməni şərhçilərə görə, Əliyevin çıxışlarının uğurlu olması Dağlıq Qarabağ müzakirələrinə yeni bir forma verəcək və problemin həlli üçün müəyyən ümid yaradacaq”.

Aqil Bəkir

www.yenicag.az

1024
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv