Münhen Təhlükəsizlik Konfransı başlayır

Bu gün Münhen Təhlükəsizlik Konfransı öz işinə başlayır.

Yenicag.az xəbər verir ki, 55-ci Münhen Təhlükəsizlik Konfransı 15-17 fevral tarixlərində keçiriləcək.

Azərbaycan Respublikasının Xarici işlər naziri Elmar Məmmədyarov Konfransda iştirak etmək məqsədilə Almaniyaya işgüzar səfərə yola düşüb

Səfər çərçivəsində XİN başçısının bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.