Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Münhen Təhlükəsizlik Konfransı işinə başlayıb

Almaniyada 53-cü Münhen Təhlükəsizlik Konfransı başlayıb.

Konfransda Azərbaycan prezidenti İlham Əliyev də iştirak edir. Prezidentin sabah Bakı vaxtı ilə saat 20:00-22:00 arası keçiriləcək “Avrasiyada ciddi fikir ayrılıqları” mövzusunda panel müzakirələrində çıxışı nəzərdə tutulub. Konfrans fevralın 19-na qədər davam edəcək.

Qeyd edək ki, konfransa dünyanın müxtəlif ölkələrindən 500-dək rəsmi şəxs qatılıb. Konfransda Donald Trampın ABŞ prezidenti seçilməsindən sonra transatlantik əlaqələr və NATO-nun gələcəyi, təhlükəsizlik və müdafiə sahəsində Avropa əməkdaşlığı, Rusiya ilə əlaqələr, Suriya müharibəsi, Asiya-Sakit okean regionunda təhlükəsizliklə bağlı vəziyyət və informasiya müharibəsi məsələlərinin müzakirəsi nəzərdə tutulur.

Yeniçağ.az

www.yenicag.az

400