Sığorta ödənişi almaq üçün ən azı 1 il müqavilə əsasında çalışmaq mütləqdir.
Yenicag.az xəbər verir ki, bunu sığorta eksperti İlkin İbrahimov deyib.
O, ödənişlərin hansı qaydada alındığını izah edib:
“İşsizlikdən sığorta qanunla müəyyən edilir və buna uyğun olaraq, həm işə götürən, həm də işçi ümumən 1% sığorta haqqı ödənilir. 24 təqvim ayı ərzində hər hansı sığorta hadisəsi yaşanarsa, 5 təqvim günü ərzində DOST mərkəzləri və məşğulluq agentliyinə müraciət etmək lazımdır.
Burada qeydiyyata düşdükdən sonra həmin kompensasiyanı almaq mümkündür”.
Ekspertin sözlərinə görə, sığorta ödənişi almaq üçün ən azı 1 il müqavilə əsasında çalışmaq mütləqdir:
“Kompensasiya almaq üçün qeyd olunan 24 aylıq müddətdə ən azı 12 ay davamlı işləmək tələb olunur. Kompensasiyanın müddəti ilkin müraciət zamanı 6, təkrar olunduqda isə 3 ay əlavə olaraq artırılır və ümumən 9 aylıq ödəniş nəzərdə tutulur.
Sığorta haqqı maksimal orta aylıq əməkhaqqı məbləğində olur. Bu məbləği isə hər il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müəyyən edilir. Məbləğ ailədəki hər uşağa görə 5 faiz məbləğ artırıla bilər. Lakin bu artım 20 faizdən çox ola bilməz.
Əgər iş yerindəki əməkhaqqı nəzərdə tutulan məbləğdən azdırsa, bu zaman kompensasiya müraciət əsasında normal olaraq qeyd olunur”./yenisabah