!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Murad Arifdən BİABIRÇILIĞA REAKSİYA: “Vitali şalvarını aşağı çəkəndə, uşaqlarım...”

!Reklam – Yazi

“Eurovision 2017” nin final günü Ukrayna təmsilçisi Camala səhnədə mahnı ifa edərkən Avstraliya bayrağı ilə səhnəyə çıxan və şalvarını aşağı çəkərək arxasını göstərən Vitali Sedyukun təhqiramiz hərəkəti hələ də sosial şəbəkələrdə müzakirə olunmaqdadır.

Yeniçağ.az-a açıqlama verən tanınmış şoumen, aparıcı və bəstəkar Murad Arif “Eurovision” mahnı yarışmasında belə halların tez-tez baş verdiyini deyir:

“Bu hadisə birinci dəfə deyil ki, baş verir. Cinsi azlıqlar həm də “Eurovision”un sifətidir. Artıq illərdir deyilir ki, “Eurovision”un auditoriyası ya ev xanımlarıdır, ya da cinsi azlqlar. Kanada üçün bu, normal haldır, sadəcə olaraq Azərbaycan üçün qəbuledilməzdir. Bu hadisə məni şoka salmadı. Əsas odur ki, o şalvarını aşağı çəkəndə uşaqlarım yatmışdı. Yarışma tarixində belə hadisələr o qədər də təəccüblü deyil. Siz arxasını tamaşaçıya göstərən Vitalini boş verin. Bu yaxınlarda Suriyada ağlayan uşaqların videosu yayılmışdı. Onları orqan alveri üçün hazırlayırdılar… Dünyada bu cür hadisələr baş verəndə, kiminsə yarışmada soyunması şok hadisə deyil.”.

18518421_256570314807430_1651419450_n

Cəvahir
Foto: Cəmalə Əlizadə

Yeniçağ.az

 

www.yenicag.az

611
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv