!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Murad Dadaşov məşhur aparıcıları “Xəzər”dən uzaqlaşdırdı

!Reklam – Yazi

Xalq artisti Murad Dadaşovun rəhbərlik etdiyi “Xəzər” TV-də bir neçə dəyişiklik baş tutub.

Yenicag.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bəzi tanınmış teleaparıcıların kanaldakı fəaliyyətinə son verilib.

Onlardan biri Zaur Kamaldır. Zaur bundan sonra “Xəzər”in nəzdində fəaliyyət göstərən “Dalğa” TV-də tamaşaçıların görüşünə gələcək.

Mart ayından aparıcısı olduğu veriliş bağlanan prodüser Tarix Əliyev də (Tolik) yeni mövsümdən “Dalğa” TV-də efirə çıxacaq.

“Xəzər”in efirindən qaldırılan digər bir layihə isə aşpaz Ağakərim Əbülfəzoğlunun “Anamın yeməyindən yoxdur” proqramıdır. Bu veriliş də “Dalğa” TV-də yayıma başlayacaq.

www.yenicag.az

1100
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv