Muraddan xanım həmkarlarına sərt sözlər: “”Davay”, çıx bayıra…”

ARB-nin “Səhər-səhər” verilişinin qonağı olan müğənni Murad Sadıq şəxsi həyatı ilə bağlı açıqlamalar verib.

Yenicag.az xəbər verir ki, subay sənətçi müğənni xanımla evlənmək istəmədiyini bildirib. O, bunu qısqanc olması ilə əlaqələndirib:

“Əqrəb bürcündənəm, çox qısqanc və sərt biriyəm. Buna görə də müğənni ilə evlənmərəm. Gecə saat 2-də o da gəlsin evə, mən də. İkimiz də yorğun, başımızı atıb yatacağıq. Həm də desə ki, mən səndən çox pul qazanıram, deyəcəm “davay”, çıx bayıra”.

Nehru

COP29