!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Murat Bozun çəkildiyi filmin Bakıda qala gecəsi olacaq

!Reklam – Yazi

“CinemaPlus” premium kinoteatrın təqdimatı ilə Türkiyənin tanınmış ulduzları Murat Boz və Seda Bakanın iştirakı ilə Elektra Events Hall-da “Öldür Beni Sevgilim” filminin qala gecəsi keçiriləcək.

Yenicag.az xəbər verir ki, filmin rejissoru Şenol Sönmezdir. Filmdə Murat Boz, Seda Bakan, Açelya Topaloğlu, Özgür Emre Yıldırım, Seda Güven, Yosi Mizrahi, Dilşad Şimşek və Ali Yoğurtçuoğlu rol alıb.

Film bir-birini öldürməyə qərar verən cütlüyün hekayəsindən bəhs edir. Okan ilə Demət 5 ildir ki, evlidirlər, amma birlikdə keçirdikləri illərə rəğmən münasibətləri elə də yaxşı deyil. Onların sevgisi bir nağıl kimi başlayıb, böyük həyacanla davam edib və xoşbəxt sonluqla – evliliklə bitmişdi. Amma müəyyən vaxtdan sonra, evlilik həyatını maraqsız görən cütlüyün arasındakı o coşqu sönməyə başlayır.

Nehru

www.yenicag.az

6037
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv