Murat “kişi ovçusu”nun toruna düşdü

Türkiyənin məşhur müğənnisi Murat Dalkılıç cazibədar aktrisa Hande Erçel ilə eşq yaşayır.

Yenicag.az türk mediasına istinadən xəbər verir ki, 4 ay əvvəl həyat yoldaşı aktrisa Merve Boluğurdan ayrılan Murat bu dəfə də könlünü aktrisaya verib. İkiillik evliliyini sentyabr ayında bitirən müğənni barədə çıxan xəbər bir anda maqazin gündəmini alt-üst edib. Çünki Hande Erçel cəmi bir neçə gün əvvəl iş adamı olan sevgilisindən ayrıldığını elan etmişdi.

Qeyd edək ki, gözəlliyi ilə bütün kişiləri özünə heyrən Hande Erçelin eşq həyatı olduqca qalmaqallıdır. Keçmiş sevgililəri olan iş adamı Murat Dinçerler və aktyor Ekin Mert Daymaz da Handenin ən yaxın dostu olub. Onun adı həmçinin, həmkarı Tolga Sarıtaşla da hallanıb.

COP29