Murat və Aslı ayrıldı – Görün kimə görə – Fotolar

Türkiyənin daha bir məşhur cütlüyü müğənni Murat Boz və aktrisa sevgilisi Aslı Enver ayrılıb.

Yeniçağ.az xarici KİV-ə istinadən xəbər verir ki,  ayrılığa səbəb Muratın “İşte Benim Stilim” yarışmasının iştirakçısı Bahar Candanla yayılan fotosu olub. Belə ki, Murat Bozun, aktyor Eser Yenenler və Bahar-Nihal Candan bacıları ilə birlikdə əyləncədən qayıdarkən gizli fotoları çəkilib.

Həmin fotoları görən Aslının Muratdan ayrıldığı deyilir.

Yeniçağ.az