Mürsəl İbrahimov yeni rəis təyin etdi

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Bakı şəhəri Nəsimi rayon idarəsinə yeni rəis təyin edilib.

Yenicag.az Unikal-a istinadla xəbər verir ki, bununla bağlı SHXÇDX-nin rəisi Mürsəl İbrahimov əmr imzalayıb.

Əmrə əsasən, rəis vəzifəsinə Elxan Feyziyev təyinat alıb.

Xatırladaq ki, E.Feyziyev daha əvvəl SHXÇDX-nin Ağdam və Nizami rayon idarələrinin rəisi olub.
COP29