“Müalicədə insan faktorunun pasientə ziyan verməməsi vacib amildir”
Yenicag.az xəbər verir ki, bunu TƏBİB-in təşkilatçılığı ilə keçirilən “Səhiyyə İdarəçiləri Zirvəsi 2024” tədbirinin I panelində sualları cavablayan Mərkəzi Neftçilər Xəstəxanasının direktoru Musa Abbasov deyib.
Onun sözlərinə görə, HİMS sertifikatı Yeni Klinikada tətbiq olunsa da Nizami Tibb Mərkəzində də tətbiqi gözlənilir.
“Bunun əsas məqsədi məhz pasientin rahatlığı ilə bağlıdır. Yəni xəstənin şəxsi məlumatlarının təhlükəsizliyi əsas götürülür. Müalicədə insan faktorunun pasientə ziyan verməməsi vacib amildir. Artıq il yarımdır ki, bu ağır yolda irəliləyirik. Yeni Klinikanın əməkdaşları və böyük komandamızla addımlarımızı uğurla davam etdiririk”, – deyə o bildirib.
Nəsimi Ələsgərli