Musa Yaqub nəvəsinə elə bir yerdə toy edir ki… – TƏFƏRRÜATLAR

Bu gün Azərbaycanın tanınmış şairi Musa Yaqubun nəvəsinin toyudur.

Toyun çox maraqlı olacağını bildirən Musa Yaqub bu günün heç vaxt unudulmayacağını deyib. Toyun fərqliliyi onun keçiriləcəyi məkanla bağlıdır. Belə ki, şairin nəvəsinin toyu meşədə olacaq.

Musa Yaqub Yenicag.az-a toyla bağlı başqa məqamları da danışıb:

“Ağaxan oğlumun övladıdır. 24 yaşı var. Sevib-seçdiyi Aişə də elə öz kəndimizdəndir. Olduqca mehriban, sakit, ağıllı qızdır. Ləyaqətli ailədəndir. Ağaxan sirrini heç kimlə bölüşmürdü. Ürəyini bir mənə açdı. Seçimini bəyəndim, elçi getdik. Bu gün inşallah, toydur. İsmayıllının Buynuz kəndində, meşənin içində çal-çağırdı bu gün… Əslində, orda toy etmək nəvəmin ideyasıdır. Amma mən bu təklifi eşidəndə kövrəldim. Yadıma gəncliyim düşdü. Çünki mənim də toyum həmin meşədə olmuşdu. Həmin gün elə yağış yağırdı ki… İnşallah, bu gün hər şey ürəyimizcə olar. Toya ən yaxın dostlarımı, xüsusən də ədəbi mühitin sayılıb-seçilən insanlarını dəvət etmişəm. İnşallah, yolun uzaqlığı onları qorxutmaz”.

Qeyd edək ki, Musa Yaqubun nəvəsinin toyunu xalq artisti Zabit Nəbizadə idarə edəcək.

Cəvahir Səlimqızı

Yenicag.az

COP29