!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Musabəyovlar şəcərəsi: Tarixi xəyanətin izi ilə... - Samir Feyruzov yazır

!Reklam – Yazi

“Edam kürsüsündə bircə satqınlara acımaq olmur” deyirdi Büast. Satqınlığın anatomiyasını yazan “milli” müəlliflərin zorlanmış şəxsiyyətlərindən, elastik qürurlarından nəvələrə də nəsə çatmalıdır. Bu, qandır, fitrətdir! Daşımasan olmur, daşısan Vətənini rüsvay etmiş olursan. Hər dəqiqə də alınmır vətəni rüsvay etmək, bu əlavə istedad, ayrıca qabiliyyət, əlahiddə alçaqlıq və rəzillik tələb edir. Üzünə tüpürülən tablolar hamıya pis, nifrin görünmür, ona da sitayiş edənlər var.

Qəzənfər Musabəyov 1938-ci ildə NKVD cəlladı Nikolay Yejova ünvanladığı məktubda yazır:

“1920-ci ilin aprelində Orconokidze və Kirovun tapşırığı ilə mən Mikoyan və Yefremovla birlikdə “Beynəlmiləl” zirehlisində, döyüşə-döyüşə Bakını ələ keçirdik”. XI ordunun tərkibində Bakıya daxil olan Q.Musabəyov! Hansı Musabəyov? Bizim indiki Milli Məclisin deputatı Rasim Musabəyovun atasının dayısı Qəzənfər! Bundan sonra qısa olsun deyə, “babası” deyək!

Hansı Qəzənfərdir bu? Bakı Kommunasının sədri, daşnak Stepan Şaumyan 1918-ci ildə onu Bakıya komissar təyin edir. Təkcə Bakıya yox, Dağıstanın da ərzaq komissarı olur. Əli azərbaycanlıların qanına batan, mart qırğınlarını həyata keçirən Şaumyanın əziz dostu Musabəyov! Kərpicxanada insanların qətlə yetirilməsində Musabəyovun şəhadət barmağı daşnak bayrağı kimi gözümüzə girirdi. Qollamaq olmurdu, bu, tuğ, ələm də deyildi. Daha sonralar istintaqa verdiyi ifadələrlə Ağcaqum hadisələrinə görə də türkmənlərdən də Şaumyanın qisasını almışdı Q.Musabəyov! Q.Musabəyov bütün ömrünü rusların taxt-tacına həsr etmişdi, amma. Amma… sonda bütün həyatını sovet rejiminin bərqərar olmasına, möhkəmlənməsinə həsr etmiş bu şəxs məhz həmin rejim tərəfindən məhv edildi, 1938-ci ildə güllələndi. Düz 49 yaşında! Adam bu qədər kiçik yaşa o boyda cinayətləri necə sığıdıra bilmişdi? Elə istintaq da buna görə mürəkkəb keçirdi. Özü də birbaşa güllələnmədi, o qədər işgəncə verdilər ki, bütün günahlarını etiraf eləsin. Elədi də!

O, 1937-ci il 28-də Gürcüstan SSR Xalq Daxili İşlər komissarı Qoqlidzeyə yazır:

“Neçə aydır ki, istintaqa inadla müqavimət göstərdiyimi etiraf edirəm və bütün günahlarımı növbəti dindirilmədə boynuma alacağam. Müttəhim Q.Musabəyov”.

Həbsxanada o qədər işgəncə görür ki, Q. Musabəyov artıq özünü idarə edə bilmir, kamerasının qapısının hər dəfə açıldığını görəndə qaçıb çarpayısının altında gizlənirmiş. Bəli! Rasim Musabəyov belə bir kişinin nəslindəndir.

Q.Musabəyovun bacısının əri Həmid Sultanov (daxili işlər naziri) isə Gəncə üsyanını yatıranlardan olub və buna görə ordenlə mükafatlandırılıb. Üsyan zamanı Azərbaycan ziyalısı Firidun bəy Köçərlinin güllələnməsinə hökm verib.

İndi Q.Musabəyovun nəvəsi heç bir calaq-culaq olmadan öz kökünün üstündə bitib. Deputat R.Musabəyov Rusiyanın “NTV” kanalına müsahibəsində Türkiyə ordusunun Qarabağa gəlməsinin əleyhinə olduğunu bildirir. Guya bu, ermənilərin təhlükəsizliyinə, azərbaycanlılarla ermənilər arasında sülhün qorunmasına neqativ təsir göstərəcəkmiş. Nədir, təəccüblüdür? Dedim axı, Qəzənfərin nəvəsidir.

1918-ci ildə Nuru Paşa Bakının bolşevik-daşnaklardan azad etməyə gələndə ona qarşı Q.Musabəyov da türklərə qarşı döyüşürdü. Türkçülüyə, Türkiyə ordusuna qarşı Bakıda gizli dərnəklərin yaradıcılarından idi. Adam xidmətlərinə görə 1919-cu ildə Moskvaya dəvət olunmuşdu. Tarix aşağı-yuxarı 100 il sonra təkrar olunur da. Təəccüblənməyin. R.Musabəyovun bundan sonra babası qədər “fərasətli” olub-olmayacağını bilmirik, amma vaxt olacaq onun da nəvəsi bu ağacı budaq-budaq gəzəcək.

Hələ orta əsrlərdə xəyanətkar qadınların və qəbiləni satan kişilərin cinsi orqanlarına, anus dəliyinə qırıq şüşələrin, xırda dəmir-dümürün bərkidildiyi palçıq zopa yeridirdilər. Belə tayfalar vardı. Bu, bir NOTdur! Kimsə inciməsin və mən onu da demirəm ki, nəyə görə vaxtında bunu edə bilməmişik, indi də niyə edə bilmirik. Sadəcə xəyanətin mahiyyətini anlatmaq istədim. İndi dünya sivildir, mədənidir, insan hüquq və azadlıqları var. Vətənə xəyanətin maddəsi var, verirlər, sən də gedib yatırsan.

Rasim Musabəyov Neft Akademiyasını bitirib, həm də politoloqdur. Sovet dövründə komsomolçu olub. Azərbaycanın Çindəki səfiri Tamerlan Qarayevin bacanağıdır. Ənənəvi şəkildə! 2003-cü il prezident seçkilərində İsa Qəmbəri açıq şəkildə dəstəkləyən T.Qarayevin! R.Musabəyov 1991-1992-ci illərdə prezident Ayaz Mütəllibovun müşaviri olub. Balalayka formasında! 1992-1993-cü illərdə öz bacanağının – T.Qarayevin yanında Milli Məclisdə işə düzəlir. Katibə şəklində! Doğru Yol Partiyasını yaradanlardan biri olur. Yeni neoinqilabçı formasında! T.Qarayevlə bağlı ölkənin I prezidenti A.Mütəllibovun da planları artıq alt-üst olmuşdu. Əks halda R.Musabəyovun vəzifəsi də bəlli idi: “Prezident Aparatının rəhbəri…”.

“Mən ömrüm boyu Cəbhəyə işləmişəm” deyən Musabəyov hakimiyyətə gələn bütün komandalarla işləməyi də bacarır, ən yöndəmsiz taktikalarla ilə ən sevimli adamlardan birinə çevrilmək əlavə fərasət tələb edir. Müsavatda Divan üzvü də olur. Olur, olur, hər yerdə olur. Bircə… Zaman-zaman Leninin portreti, Mütəllibovun portreti, Qarayevin portreti, Elçibəyin portreti, İ.Qəmbərin, R.Cavadovun portreti başının üstündə olan adam mahiyyətcə dəyişmir ki, dəyişmir. Öz-özlüyündə burulur, burjuaçı olur, inqilabçı babasının “milli” varisinə çevrilir və ən nəhayət Heydər Əliyevi ağır şəkildə tənqidlərə başlayır. 15-16 oktyabr hadisələrindən sonra Müsavatdan kənarlaşan müsavatçı silahdaşlarını da topa tutur, İlham Əliyev hakimiyyətinin lap tezliklə süqut edəcəyini proqnozlaşdırır bu politoloq. Daha sonra yalanları yerimir, getmir, ümidlər tükənir. Üzünə “işıq” düşür, “nurlanır”, Müsavatdan uzaqlaşır, Parlamentə düşür. Uğurlu olduğu qədər də köntöy və zavallı layihə!

R.Musabəyov televiziyada dediyi bir söz var: “Şəraiti dəyişə bilmirsənsə, özün dəyiş…”. Rasim müəllim, bağışla, biz Qəzənfərin nəvəsi deyilik və hər şəraitə görə dəyişə də bilmirik.

Əslində bütün bunlar Türkiyə ordusunun Qarabağa gəlməsinin əlyehinə olan R.Musabəyovun ilk “qəhrəmanlığı” deyil. O, 2019-cu ildə “Popkorn Rasim” təxəllüsünü cəmi bir neçə dəqiqə ərzində ruhuna hopdura bilmişdi. May ayında yeraltı keçiddən keçən R.Musabəyov bir uşağın öz ailəsini dolandırmaq üçün popkorn satdığını görür. Gəlib status yazır, uşağı oradan qovdurur. Və beləliklə, olur “qəhrəman”. Öz “milli” kökü üzərində ləngər vuran R.Musabəyov elə bilir ki, hər kəs buna təşəkkür edəcək. Nədir, nədir, yeraltı keçiddə popkornun qoxusunu kəsib. Bir deputatın yoxsul bir ailənin azyaşlı uşaq üzərində “qalibiyyət”i ən yaxşı halda rəzillik idi.

Heç şübhəsiz ki, bundan sonra ölkədə münasibətlər sistemi yaranacaq. Pandemiya, 44 günlük Qarabağ savaşı bizi ağır sınaqlardan çıxardı. Üzüağ çıxdıq. Yəqin gələcəkdə Azərbaycan parlementi ilə bağlı da qərar qəbul olunacaq. Parlemtent də, xalq da vidalaşmalıdır belə şəxslərlə. Xalqa minnət, hakimiyyətə töhmət gətirən belələrinin kimliyi “braşura” kimi yaddaşımızda olmalıdır. Musabəyovlar soyadı ilə bağlı dövlətin ən dərin qatlarında qərar verilməlidir, min il sonra da belələrinə meydan, vəzifə, tribuna vermək olmaz.

P.S. Qəzənfər Musabəyovun adına Bakıda küçə var idi, indi bilmirəm, qalır, yoxsa yox. Əgər qalırsa, bu ölkədən “Musabəyov küçəsi” keçə bilməz. Hələ general Polad Həşimov küçəsi varkən…

www.yenicag.az

1156
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv