Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Müsabiqədə ən yüksək bal toplayan müəllimlər - ADLAR

Təhsil Nazirliyi müəllimlərin işə qəbulu üzrə müsabiqədə yüksək bal toplayan müəllimlərin adlarını açıqlayıb.

Nazirlikdən Yenicag.az-a verilən məlumata görə, bir müəllim ən yüksək bal – 60 bal toplayıb.

Beş müəllimin balı isə 58-59 arasında olub.

Bildirilib ki, 2018-2019-cu tədris ili üçün ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənın birinci mərhələsi üzrə 3692 namizəd işə qəbul edilib. Hazırda boş qalan yerlərə müddətsiz müqavilə ilə müəllimlərin əlavə yerləşdirilməsi həyata keçirilir.

Ən yüksək bal toplayan müəllimlərin siyahısını təqdim edirik:

Günay Allahverdiyeva – Bakı şəhəri 166 nömrəli tam orta məktəb – 60 bal. İdris Abıyev – Bakı şəhəri 102 nömrəli tam orta məktəb – 59 bal. Aytac Ziyadxanlı – İsmayıllı rayonu Buynuz kənd R.Ocaqov adına tam orta məktəb – 59 bal. Şahin Hüseynov – Ağdam rayonu Vurğun qəsəbə H.Əzizov adına tam orta məktəb – 58 bal. Nuranə Abbasova – Bakı şəhəri 44 nömrəli tam orta məktəb – 58 bal. Elmar Abbaslı – Gəncə şəhəri 10 nömrəli tam orta məktəb – 58 bal.

www.yenicag.az

1173