!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Müşahidəçilərin oktyabrın 27-nə kimi vaxtı var”

!Reklam – Yazi

sesverme (1)Noyabr 1-də keçiriləcək parlamnet seçkisində iştirak etmək istəyən beynəlxalq (xarici) müşahidəçilərin seçki dairələrində müşahidə aparmalarına dair ərizələrini Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim etmələri üçün ayrılan vaxt oktyabrın 22-də başa çatır.

Bu barədə MSK-nın ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, aktiv seçki hüququna malik Azərbaycan Respublikası vətəndaşının öz təşəbbüsü ilə, qeydə alınmış namizədin, siyasi partiyalar blokunun, siyasi partiyanın, seçkilər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatının təşəbbüsü əsasında, beynəlxalq (xarici) müşahidəçilərin (qanunla müəyyənləşdirilmiş qaydada müvafiq dəvət əsasında Azərbaycan Respublikasına gəlib MSK-da qeydiyyatdan keçməklə) Azərbaycan Respublikasının bütün ərazisində müşahidə aparılmasına dair ərizələrini MSK-ya təqdim etmələri üçün ayrılan müddət oktyabrın 22-də, seçki dairəsinin ərazisində müşahidə aparılmasına dair ərizələrin müvafiq seçki dairəsinin dairə seçki komissiyasına təqdim edilməsi üçün ayrılan müddət isə oktyabrın 27-də başa çatacaq.

Məlumat üçün bildirək ki, noyabrın 1-də Azərbaycan Milli Məclisinə seçkilər keçiriləcək(aznews).

www.yenicag.az

586
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv