!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Müsavat bu gün seçkini boykot edəcək?

!Reklam – Yazi

скачанные файлыElman Fəttah: “Növbədənkənar iclasda yekun qərar veriləcək”

Moderator.az saytının məlumatına görə, həbsdə olan Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu və Fərəc Kərimov Müsavat Partiyasını seçkini boykota çağırıb. Bunu qızı Nigar Yaqublu ilə danışan Tofiq Yaqublu deyib.

Görəsən, Müsavat həqiqətənmi, son anda seçkiləri boykot edəcək?

Bununla bağlı Yenicag.az-a açıqlama verən Müsavat Partiyası başqanının müavini Elman Fəttah seçkidə iştirak edib-etməməklə bağlı son qərarın sabah veriləcəyini söylədi: “Moderator.az-ın bu barədə yazdıqlarına inanmıram. Divan üzvü və başqan müavini olaraq da mənə belə bir məlumat daxil olmayıb. Müsavat Partiyasının seçkilərlə bağlı mövqeyi ortalıqdadır. Bu mövqe hamıya aid olmalıdır. Prosedurlar üzrə hansı məsələyə nə zaman baxılacağı da elan olunub. Bu gün partiya Divanının növbədənkənar iclasıdır. Burada mövzu da təbii ki, seçkilərlə bağlı olacaq. Məhz burada seçkilərdə iştirak edib-etməməklə bağlı məsələ də öz yekun qərarını tapacaq”.

ELÇİN

www.yenicag.az

552
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv