Müsavat MKM-in təmsilçisi partiya rəhbərliyini ifşa etdi: Arif Hacılının “Mühacir biznesi”ndəki “Sağ əllər”i – SİYAHI

Almaniyada yaşayan azərbaycanlı mühacir Yafəz Həsənov “Mühacir alveri”ndə adı keçən Müsavat Partiyası rəhbər şəxslərinin və funksionerlərinin siyahısını açıqlayıb.

Yenicag.az xəbər verir ki, keçmiş jurnalist, hazırda Almaniyada yaşayan Müsavat Avropada Müsavatın Koordinasiya Mərkəzi (MKM) Nəzarət-Təftiş Komissiyasının (NTK) sədri Yafəz Həsənov həmin siyahını özünün “Facebook” profilində yerləşdirib.

Yafəz Həsənov bu siyahını həmin şəxslərin ictimai qınağın hədəfinə gətirilməsi üçün açıqlandığını vurğulayıb:

“İctimai qınaq üçün – siyahı!

Bütün bu biabırçılıdan sonra Arif Hacılını vә onun çirkli әmәllәrini hәlә dә can-başla müdafiә edәn müsavatçılar qalır. Bu şәxslәrin böyük әksәriyyәti mühacir alverindәn qidalananlardır. Arayışlardan onlara da qırıntı payı çatır. Çox kiçik qismi ola bilәr ki, hәlә dә sadәlöhv qalıb deyә, müdafiә edir.

Fırıldaqçıları vә fırıldaqçılığı müdfiә edәnlәri siz dә tanıyırsız. Bәzәn effektiv olan ictimai qınaq üçün onların adlarını bir daha xatırladıram. Ümid edirәm ki, siyahıda olan şәxslәrim bәzilәri bu qınaqdan çәkinmәk üçün hәlә dә vicdanlıdırlar.

Siyahı:

1. Gülağa Aslanlı – bu işdә Arif Hacılının sağ әli, ortağı.
2. Sәxavәt Soltanlı – Arif Hacılının ümumiyyәtlә sağ әli.
3. Mustafa Hacıbәyli – Arif Hacılının qardaşı. Arayış almaq istәyәn potensial “siyası mühacir”lәr ilk olaraq onun әlinin altından keçir. Rәhbәrlik etdiyi Basta.info saytı qardaşının “siyasi mühacir”lәri haqda mәqalәlәlәr dәrc edir.
4. Fәrәc Kәrimli – Müavin. Tәmsil olunduğu Müsavat Laçın rayon tәşkilatı Avropaya әn çox mühacir ixrac edәn tәşkilatdır. Arif Hacılının trol ordusunu idarә edir.
5. Raqif Kәrimli – Fәrәcin atası, uzun müddәt bu (laçln) tәşkilatın sәdri olub.

5. Nemәt Kәrimli – vәkil.

6. Osman Kazımov – vәkil.

7. Sevinc Hüseynova – Partiyada MNTK sәdri. Arayışlarla bağlı şәffaflıq tәlәb edәnlәri hәdәlәyir, partiyadan uzaqlaşdırır. Gülağa Aslanlının sağ әli sayılır.

8. Nüşabә Sadıqlı – Mәclis sәdri.

9. Nazim Azadoğlu – Adı Avropada mühacir alverindә sıx hallanan oğlu Nurlan Müsavat AKM-dә sәdr müavinidr.

10. Azәr İsmayıl – Arif Hacılının müşaviri, Basta.info saytının әmәkdaşı.

11. Yusif Tağı- Hacılının müşaviri, Müsavatın Avropa üzrә departamentinim rәhbәri. Bütün çirkli işlәrdә әli var vә hәr şeydәn xәbәrdardır. Buna baxmayaraq, arayışlardan әldә olunan qazancdan әn az pay ona verilir.

12. Hidayәt İsmayıl – Divan üzvü, Hacılının müşaviri. Cәnub bögәsi üzrә mühacir alverinә nәzarәt edir.

13. Vaqif Davudov – Oğuz rayon tәşkilatınln keçmiş sәdri. Bu tәşkilat Avropaya әn çox mühacir göndәrәn qurum kimi tanınır. Onun göndәrdiyi mühacirlәri oölu Anar vә İsa Qәmbәrin keçmiş sürücüsü Sәrdar Ağayev qәbul edib, yerlәşdirir. Sayları o qәdәr çoxdur ki, zarafatla” İsveçin bir qәsәbәsi oğuzlu müsavatçılara aiddir” deyirlәr. Oğuz tәşkilatının hazırkı sәdri Sәrdar Ağayevin qardaşı Rizvandır.

14. Kәmalә Bәhlulova – elә dә ictimai fiqur deyil. Lakin Arif Hacılının әn inandığı adamlardandır. Azәrbaycanda heş bir tәzyiqә mәruz qalmasa da, arayış verib onu da Almaniyaya mühacirәtә göndәriblәr. Çirkli biznesin kassasına yaxından nәzarәt etmәk üçün. Avropadakı ortaqları pul mәsәlәsindә Arif Hacılıya tez-tez badalaq gәldiklәri üçün, xüsusi olaraq “siyasi mühacir” adı altında bura nızarәtçi kimi ezam olunub.

15. Zakir İsmayıl – Müsavat partiyası Sәbyel tәşkilatının sәdri.

Bu şәxslәr digәr partiya funksionerlәri kimi abırlarına qısılıb baş verәn çirkinliklәrә әn azı susqun da qala bilәrdilәr. Ancaq sәrt müdafiә mövqeyi seçdilәr. Yuxarıdakı siyahıda elә şәxslәr var ki, hәdsiz dәrәcәdә sadәlöhv olması, nә baş verdiyini anlaya bilmәmәsi mümkün deyil. Mәsәlәn hәr iki vәkil. Axı, nüfuzunuzu xәrclәyib, niyә fırıldqçıları müdafiә edirsiz? Hansı marağa?

P.S. Ola bilәr, kimlәrinsә adını unutmuşam. Siyahını uzada bilәrsiz”.