Müsavat Partiyası növbədənkənar parlament seçkilərində iştirak edəcək

Müsavat Partiyası sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək.

Partiyanın mətbuat xidmətindən Yenicag.az-a verilən xəbərə görə, bununla bağlı qərar iyulun 4-də Müsavat Partiyası Məclisinin toplantısında qəbul olunub.

Qeyd edək ki, Respublikaçı Alternativ Partiyası (REAL), Ağ Partiya və Vətəndaş Həmrəyliyi Partiyasının səlahiyyətli nümayəndələri Mərkəzi Seçki Komissiyasında qeydiyyata alınıb.

Ötən gün isə Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahı yaradılıb və onun tərkibi təsdiqlənib. Eyni zamanda, Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndələri və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi təyin olunub.

COP29