Müsavat Partiyasının başqanı xəstəxanaya yerləşdirildi

Müsavat Partiyasının başqanı Arif Hacılı Bakıdakı Uroloji Mərkəzə yerləşdirilib.

Yenicag.az-ın məlumatına görə, partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı “Report”a açıqlamasında deyib ki, hazırda Arif Hacılı hər iki böyrəyindən əməliyyat olunur: “Onun böyrəklərindəki daş lazer üsulu ilə xırdalanır. Əməliyyat davam edir”.

O bildirib ki, Müsavat başqanının səhhəti normaldır.

COP29