Müsavat Partiyasının başqanı Arif Hacılı istefa açıqlaması yayıb.
Yenicag.az xəbər verir ki, açıqlamada deyilir: “Təsisçilərindən biri olduğum Elçibəy İnstitutu adlı qurumdan istefa verirəm. Səbəb Elçibəy İnstitutu aparıcı üzvlərinin Elçibəyin yüksək adından onun irsini tədqiq və təbliğ etmək üçün deyil, Müsavatın təməl prinsipləri ilə üst-üstə düşməyən şəxsi maraqları naminə istifadə etməsidir”.
Bununla bağlı Elçibəy İnstitutunun digər təsisçilərinin fikirlərini dərc etməyə hazırıq.