“Müsavat” vəsiqəsi ilə sığınacaq alanlar Almaniyadan deportasiya olunur

Bu gecə Almaniyadan, əsasən, Bavariyadan xeyli azərbaycanlı “siyasi mühacir” deportasiya olunacaq.

Yenicag.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə informasiya yayılıb.

Məlumatlarda, əsasən, “Müsavat” Partiyasının sənədi ilə müraciət edənlərin deportasiya ediləcəyi deyilir.

Qeyd edək ki, ötən gün Almaniya polisi miqrant alveri ilə məşğul olanlara qarşı əməliyyat keçirib.

Almaniyanın hüquq-mühafizə orqanları Azərbaycanın “Müsavat” Partiyasının keçmiş üzvlərini saxlayıb. Cinayətkar şəbəkəyə daxil olan yeddi nəfər həbs edilib.

Cinayətkar dəstənin saxlanılan üzvləri barəsində yerli federal məhkəmələr tərəfindən altı ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Basqın edilən yerlərdə aparılan axtarışlar zamanı silah da aşkar edilib.

Saxlanılanların siyahısı:

1) Elçin Əkbərov – Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 və 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrində rəis işləyib;

2) İlham Həsən – “Müsavat” Avropa Koordinasiya Mərkəzi (Müsavat AKM) sədri;

3) Mehdi Xəlilbəyli – Avropada yaşayan siyasi mühacir, “Müsavat” Partiyasının üzvü, “Müsavat” AKM sədr müavini;

4) Abdin Cavadov – “Müsavat” AKM-in üzvü, Mehdi Xəlilbəylinin qohumu;

5) Əlövsət Əliyev – “Legat” İnteqrasiya Mərkəzinin sədri;

6) Rəşad Məmmədov – Almaniyanın Koblenz şəhərinə yaxın olan Neuwied adlı şəhərdə yaşayan siyasi mühacir, Mehdinin sürücüsü;

7) Elşən Abdullayev – Almaniyada yaşayan siyasi mühacir.

COP29