Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Müsavatda növbəti “yarpaq tökümü”-Özəl

Reklam: Sinerji Pro

img1346231Müsavat Partiyasında “yarpaq tökümü” davam edir. Yenicag.az-ın məlumatına görə, partiyanın Binəqədi rayon təşkilatı ilə 20 nəfərin yolları ayrılıb. Onlardan 2 nəfəri rəsmi ərizə ilə bu addımı atıb.

Digər 18 nəfəri isə tədbirlərə gəlmədiyinə görə partiya sıralarından xaric ediblər. Onlar arasında bir özəkdən 10 nəfər var.

 

Elman Fəttah isə Yenicag.az saytına açıqlamasında bu məlumatların həqiqətə uyğun olmadığını söylədi: “Binəqədi rayon təşkilatından heç kim istefa verməyib. Orada ümumi yığıncaq keçirilib və yeni sədr seçilib. Amma istefa verənlər olmayıb, belə hal yoxdur”.

Rüfət

www.yenicag.az

278