Müsavatın və Milli Şuranın mitinq keçirmələrinə razılıq verildi

70455-300x200Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının mitinqlə bağlı müraciətinə cavab verib.
Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri “Report”a açıqlamasında deyib ki, Bakı Şəhər İcra Hakimiyyətində müraciətə baxılıb və Milli Şuranın sentyabrın 18-də, saat 17:00-da Yasamal rayonundakı İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş “Məhsul”) mitinq keçirməsinə razılıq verilib.

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın mitinqlə bağlı müraciətini cavablandırıb.

Milli Şuranın üzvü Eldəniz Quliyev APA-ya açıqlamasında deyib ki, BŞİH mitinqin sentyabrın 17-də saat 15:00-dan 17.00-dək keçmiş “Məhsul” stadionunda keçirilməsinə razılıq verib.