Ukraynanın Baş prokuroru Yuri Lutsenko istefa verib.
Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, baş prokuror qərarını Xerson merinin müşaviri Yekatrina Qandzyuka hücum faktı ilə bağlı işin vicdanlı araşdırılmamasına dair səsləndirilən ittihamlarla əlaqələndirib.
“Siz bu məsələyə parlamentdə mütləq baxmalısınız. Hüquq-mühafizə sistemində açılmış cinayətlərlə bağlı sübutlar belə məhv edilirsə, mən ölkədə ikihakimiyyətliliyin yaranmasına yol verə bilmərəm”.
Bu gün Ali Radanın tribunasında çıxış edən Lutsenko ərizəni yaxın vaxtlarda prezident Petro Poroşenkoya təqdim edəcəyini bəyan edib.
Qeyd edək ki, Yuri Lutsenko 2016-cı il mayın 12-də bu vəzifəyə təyin edilib.
Yekatrina Qandzyuk 1985-ci il iyunun 17-də Ukraynanın Xerson şəhərində anadan olub. Bu il iyulun 31-də naməlum şəxs Xersonda Qandzyukun üzərinə sulfat turşusu tökmüş, daha sonra qadın xəstəxanada dünyasını dəyişmişdi.