!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Müşavirləri Trampı tərk edir - Ağ ev çalxalanır

!Reklam – Yazi

ABŞ prezidenti Donald Trampın qanunvericiliyin tənzimlənməsi üzrə xüsusi müşaviri Karl Aykin vəzifəsini tərk edib.

Yenicag.Az-ın “APA”ya istinadən verdiyi xəbərə görə, bu barədə 81 yaşlı milyardçının dövlət başçısına ünvanlandığı məktubda bildirilir.

K.Aykin postunu mümkün maraq münaqişəsinə dair şübhələrə görə tərk edib. K.Aykin bildirib ki, Neomi Rao Ağ Evin informasiya və tənzimləmə idarəsinin rəisi təyin olunandan sonra o, administrasiyada tutduğu vəzifə və fəaliyyət sahəsi ilə əlaqədar sorğular almağa başlayıb. “Vəzifəmlə bağlı partiyadaxili mübahisələrin yaranmasını arzulamadığıma görə, əməkdaşlığımızı dayandırmaq qərarına gəldim”, K.Aykin vurğulayıb.

D.Tramp varidatı 24 milyard dollar təşkil edən investoru prezident seçkilərində qələbəsindən sonra əməkdaşlığa dəvət edib. Onun administrasiyadakı postu qeyri-rəsmi olsa da, işgüzar maraqlarından imtina etməyi tələb edib.

Bundan əvvəl ABŞ prezidenti Donald Trampın strateji məsələlər üzrə müşaviri Stiv Bennon postunu tərk edib.

ABŞ prezidentinin mətbuat katibi Sara Sandersin sözlərinə görə, Stiv Bennon vəzifədən getməsini Ağ Ev aparatının rəhbəri Con Kelli ilə bu gün razılaşdırıb.

Qeyd edək ki, Trampın seçkiqabağı komandasına qatılmamışdan öncə S.Bennon sağçı “Breitbart” saytına rəhbərlik edib.

Yenicag.Az

www.yenicag.az

900
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv