!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Müsəlman dövləti olan Braziliyaya azarkeşlik edəcəm" - Siyasilərin mundial açıqlamaları

!Reklam – Yazi

Bu gün Rusiyada keçiriləcək dünya çempionatına start veriləcək.

7-dən 77-ə hər kəsin diqqətinin şimal qonşumuza yönələcəyini desək, yanılmarıq.

Bəs görəsən, siyasilərimiz necə, mundiala hazırdırlarmı? Onların azarkeşlik etdikləri komandalar hansılardır?

Yenicag.az bu sualla bağlı siyasi arenada fəaliyyət göstərən bir neçə şəxsə müraciət edib:

Aqil Abbas, millət vəkili:

“8 yaşımdan futbola baxıram. Həmişə Braziliyanı sevmişəm. Onun qədər sevdiyim komanda yoxdur. Təbii ki, bir də Türkiyədir. Amma Türkiyə mundiala qatılmayıbsa, biz də Almaniyaya azarkeşlik etməliyik. Çünki orada üç türk oynayır. Qoy onların da sinəsində dünya çempionatının qızıl medalı parlasın. Finalda Almaniya ilə Braziliya üz-üzə gəlsə, almanlara azarkeşlik edəcəm. Mundialda heç vaxt sürpriz komanda ola bilməz. Dünyada 6-7 nəhəng komanda var. O biriləri isə yamaqdır. İtaliyanın mundiala vəsiqə qazanmaması çox pis oldu. Bu şeir deyil ki, öz şairlərindən misal çəkib, çempion olsunlar. Ona qalsa, bizim Nizamimiz, Füzulimiz var. Növbəti çempionatda şərtləri yüngülləşdirəcəklər. Futbol pul gətirir. Buna görə də, bu idman növü artıq qumardır. 2026-cı ildə 48 komanda olacaq. Yəqin, 2030-cu ildə komandaların sayı 200 olacaq. Bədbin olmaq lazım deyil, inşallah, biz də mundiala qatılarıq”.

Fəzail Ağamalı, millət vəkili

“Ümumiyyətlə, proqnoz verməyi xoşlamıram. Neçə ildir siyasətdəyəm, heç bununla bağlı proqnoz vermirəm. Futbola bağlı proqnoz vermək də mənlik deyil. Sadəcə, bir azarkeş kimi oyunun incəsənətinə baxıram. Oyunun gözəlliyi məni özünə cəlb edir. Bu baxımdan istirahət edirəm. Dəlisov azarkeşlərdən deyilən. İspaniya, Portuqaliya və bu sistem üzərində qurulan komandaların oyununa üstünlük verirəm. Orada kobudluq yoxdur, gözəl oyun, kombinasiyalar var. Oyunun sona qədər aparılmasında xüsusi iradə nümayiş etdirən Almaniya yığmasının dünya miqyasında əvəzi yoxdur. Onlar sona qədər mübarizə aparırlar və zərrə qədər də ruhdan düşmürlər”.

Hafiz Hacıyev, Müasir Müsavat partiyasının sədri:

“Yaxşı olardı ki, mundialda öz millimiz çıxış edərdi. Hafiz bəy milli qüruru olan insan kimi hər zaman milli məsələlərə üstünlük verir. Azərbaycan yoxdursa, könlümüz Türkiyədən yanadır. Amma Türkiyə dünya çempionatına vəsiqə qazanmadığı üçün, müsəlman dövləti olan Braziliyaya azarkeşlik edəcəm”.

Emin Səfərov

www.yenicag.az

4828
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv