Müsəlman idmançılar üçün HİCAB

Amerikanın məşhur idman malları istehsalçısı “NİKE” firması müsəlman idmançılar üçün geyimlər hazırlayacaq.

Beləliklə, “NİKE” yarışlarda iştirak edən qadın idmançılar üçün baş örtükləri istehsal edən ən nəhəng firmalardan biri olacaq. “Pro Hicab” brendi ilə buraxılacaq baş örtüyü yüngül elastik materialdan olub, idmançının boynunu və saçlarını tam gizlədəcək.

“NİKE” firmasının bu yeni məhsulu 2018-ci ildə satışa çıxarılacaq. Üç rəngdə – qara, boz və gümüşü rəngdə olacaq hicabların təqribi qiyməti 35 dollardır.

https://youtu.be/4LEDg8EE-1Y

Yeniçağ.az