!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Müsəlman ölkəsində çılpaq qadın şəkilləri çəkən xanım rəssam: “Tanış qızları çəkirəm...” - FOTO

!Reklam – Yazi

“Mənə deyirlər ki, çəkdiyin qadınlar bizim ana-bacılarımızdır, belə etmə”.

Yenicag.az BBC-yə istinadən xəbər verir ki, bu fikirləri Tacikistanın paytaxtı Düşənbədən olan 25 yaşlı rəssam Mərifət Dövlətova deyib.

Mərifət Dövlətova 3-cü cəhddən sonra özünün çılpaq qadın rəsmlərindən ibarət fərdi sərgisini gerçəkləşdirməyə nail olub.

Lakin bu sərgi ona heç də asan başa gəlməyib. Sponsor dəstəyindən məhrum olan Mərifəti artıq çoxları tanıyır və küçəyə çıxdıqda çoxsaylı təhdidlərlə üzləşir.

Rəssamın sözlərinə görə, onun rəsmlərindəki çılpaq qadın obrazlarının real qəhrəmanları şəxsi tanışı olan qızlardır:

“İlk dəfə öz tanışımın çılpaq rəsmini çəkdim. Burada məqsəd sadəcə, o qızın və digərlərinin bütün çatışmazlıqlarına baxmayaraq, necə gözəl olduqlarını göstərməkdir.

Mənə deyirlər ki, çəkdiyin qadınlar bizim ana-bacılarımızdır, belə etmə. Ancaq mənim üçün onlar kimlərinsə ana-bacısı yox, ilk növbədə qadındırlar”.

www.yenicag.az

10170
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv