Müsəlman qadın kişiyə toxunmaqdan imtina etdi – Vətəndaşlıqdan məhrum oldu

Fransada kişi ilə əl sıxaraq görüşməkdən imtina edən müsəlman qadına vətəndaşlıq məhrum edilib.

Yenicag.az bildirir ki, bu haqda “The Local” məlumat yayıb.

Əlcəzairdən gəlmiş qadın vətəndaşlıq almaq üçün sənədlərini dövlət idarəsinə təqdim edib. Lakin məcburi rəsmi mərasim zamanı o, yerli məmurla əl sıxaraq görüşməkdən imtina edib. O, bunun dininə zidd olduğunu deyib.

Hökumət bu hərəkətinə cavab olaraq, sənədlərin rəsmiləşdirilməsindən imtina edib.

Məlumat üçün bildirək ki, Fransa qanunlarına görə, fransız vətəndaşlığını yalnız rəsmi mərasimdən keçəndən sonra almaq mümkündür. Tədbir zamanı namizəd ölkədaxili milli dəyərlərə hörmət göstərməlidir.

Zaur H.

COP29