Müsəlmanları qəfəsdə saxlayan Avropa “demokratiyası”na SUPER GÜCün cavabı – Aqil Ələsgər yazır

aqil ələsgər“Bəziləri deyirlər ki, kiminsə xoşuna gəlmək üçün, yaxud da ki, donor pullarını əsaslandırmaq üçün biz Avropaya inteqrasiya etməliyik. Sual olunur, biz hansı Avropaya inteqrasiya etməliyik? Bax, bugünkü Avropa göz qabağındadır. Özləri etiraf edirlər, Avropa İttifaqının ən böyük rəhbərləri etiraf edirlər ki, indi Avropa məkanında dərin böhran yaşanır. Biz oramı inteqrasiya etməliyik, böhranamı inteqrasiya etməliyik?! “Müsəlmanlara stop” deyənlərəmi inteqrasiya etməliyik?! Biz müsəlman qaçqınlara ikili standartlar tətbiq edənlərəmi inteqrasiya etməliyik?! Biz müsəlmanları qəfəsdə saxlayanlaramı inteqrasiya etməliyik?!”

Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 7-də Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışının bu epizodu bütün dünyanı silkələdi.

ilham aliyev 0304Dünyanın aparıcı media qurumlarının manşetdən verdiyi bu sözlər əslində İlham Əliyevin çıxışının əvvəlindəki bu sözlərin məntiqi sonluğu idi: “Mən miqrant böhranı haqqında dəfələrlə öz fikirlərimi bildirmişdim. Bir daha demək istəyirəm ki, öz canlarını qurtarmaq istəyən o insanların heç bir günahı yoxdur. Onların ölkələri xarici müdaxilə nəticəsində dağıdılıb. Onların şəhərləri yerlə-yeksan edilib, yaxınları, qohumları, yüz minlərlə insan həlak olub. Onlar öz canlarını qurtarmaq üçün Avropaya pənah aparırlar. Ancaq Avropada bəzi hallarda onları tikanlı məftil, qəfəs gözləyir. Bu da, əlbəttə ki, əgər belə demək mümkündürsə bu ilin əlamətidir və bu, sivilizasiyalararası münasibətlərə çox böyük zərbə vurur.”

Bəli, dünyaya sivilizasiyalararası dialoqdan bəhs edən Avropanın ikiüzlülüyü ortadadır. Necə deyərlər, dinimə söyən, müsəlman olsa…

Öncəliklə, daimi silahı olan söz azadlığı, insan hüquqları məsələlərində bu qədər “humanist” olan Avropanın bu suallara cavab verməsi yaxşı olardı.

Söz azadlığının məhdudluq çərçivəsini kim müəyyənləşdirir?

Və ya siyasi məhbus anlayışında hansı kriteriyalara əsas götürülür? Avropanın mərkəzində yerlərdə sürünən, boğucu qazlarla darmadağın edilən, həbs edilən aksiyaçıları da “siyasi məhbus” saymaq olarmı, olmazmı?

Avropalı təəssübkeşliyi ancaq müsəlmanlara gəldikdəmi oyanır?

Ermənistanda baş verən insan haqqlarına dair vəhşiliklər “demokratiyaya dair bir addım” sayılır, fəqət Azərbaycanın xırda bir problemi fəlakət sayılırsa, bu xristian təəssübkeşliyi deyilsə də, nədir?

Bu qədər “humanizm”in Avropanın keçmişi ilə əlaqəsi varmı?

Məsələn, aşağıda sadalananların Avropaya qəti dəxli yoxdur.

İllərdən bəri Azərbaycana davamlı təzyiq yolunu tutan Avropa unudur ki, Qafqazda tam 12 əsr xristian erməni və gürcülər müsəlmanların, yəni bizim idarəmiz altında yaşadılar. Eləcə də bütün Balkanlar, İspaniya, Hindistan əsrlərlə müsəlmanların idarəsi altında oldu. Bu gün nə ermənilər, nə gürcülər, nə yunanlar, nə ispanlar müsəlman deyillər, xristiandırlar. Biz onları başqa dinə mənsubdurlar deyə ölkələrindən qovub çıxarmadıq. Lakin kilsə İspaniyada bir dənə belə olsa müsəlman qoymadı. Öldürə bildiyini öldürdü, qaça bilənlər qaçdı, qaça bilməyənlər isə zorla xristianlaşdırıldı. Bir əsr öncəyə qədər əhalisinin üçdə ikisi Azərbaycan türkü olan Ermənistan ərazisində bu gün bir nəfər azərbaycanlını boş ver, heç müsəlman kürd belə tapa bilməzsən.

Ancaq Avropa bu gerçəkliyi görməz… Görmək istəməz…

Eləcə də, bu cümlələr hər avropalı xristianın qəbul etdiyi “İncil”də yazılmayıb:

İndi əbasını satıb qılınc alanların, qulaq qoparanların nəvələri bizə “humanizm”, “insan haqqları”, “söz azadlığı”ndan bəhs edən yaxşılıq mələklərinə çevriliblər…

Hər bir qövmün yeddisi nəydisə, yetmişi də odur…

Bizim tariximizdə qara ləkə heç olmadı… Ancaq sizin keçmişiniz bütövlüklə, qaradan ibarətdir…

Bu səbəbdən də, bizi qınayana qədər, gedin keçmişinizlə üzləşin…

İndi cənab Əliyevin də dediyi kimi, müsəlmanları qəfəsdə saxlayanlarla necə inteqrasiya edək?..

Aqil ƏLƏSGƏR

P.S. Əslində dünən İstanbulda keçirilən Enerji Zirvəsindən paylaşılan fotoqraf Qərbə ən böyük mesajdır. Davamı gəlsin…

erdogan_1965

COP29