Müsəlmanların qatilinə ömürlük həbs cəzası verildi – 6 nəfəri öldürmüşdü – FOTO

Namaz qılan müsəlmanları gülləbaran etmiş qatilin məhkəməsi başa çatıb.

Yenicag.az BBC-yə istinadən xəbər verir ki, 2017-ci il yanvarın 29-da Kanadanın Kvebek əyalətində İslam Mədəniyyət mərkəzində ibadətə toplaşan müsəlmanlara qarşı qətliam törədən (6 ölü, 5 yaralı) 29 yaşlı Aleksandr Bissonnett məhkəmənin qərarı ilə ömürlük azadlıqdan məhrum edilib.

Məlumata görə, məhkəmə araşdırması zamanı dövlət ittihamçısı Bissonnettin 150 il müddətinə azadlıqdan məhrum olunmasını tələb edib.

Kanada qanunvericiliyinə əsasən, qəsdən adam öldürməyə görə azadlıqdan ömürlük məhrumetmə qərarı Bissonnettə də şamil olunub.

Qatil öz cinayətini etiraf edərək peşman olduğunu bildirsə də, terrorçu və İslam düşməni olmadığını deyib.

Bissonnett yalnız 40 ildən sonra şərti qaydada azadlığa buraxılmaq xahişi ilə məhkəməyə müraciət edə bilər.

 

COP29