Prezidentin keçmiş mühafizəçisi sərbəst buraxıldı

Oktyabrın 14-də gecə saatlarında bıçaqlanan Azərbaycan prezidentinin keçmiş mühafizəçisi Müşfiq Mədətov sərbəst buraxılıb.

Yenicag.az xəbər verir ki, bu barədə saytımıza açıqlamasında onun qardaşı Anar Mədətov məlumat verib. Onun sözlərinə görə, Müşfiq Mədətov hazırda öz evindədir.

Qeyd edək ki, Müşfiq Mədətov hadisədən sonra polis nəzarətinə götürülülərək Səbail Rayon Polis İdarəsində saxlanılırdı.