“Arada onu tikanlamışam, qulağına da gedib çatıb”.
Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Təranə Qumral “Xəzər axşamı” verilişində deyib.
O, “Komedixana” layihəsində həyat yoldaşı Musa Musayevi parodiya edən aktyor Müşfiq Şahverdiyevlə bağlı qalmaqallı fikirlər səsləndirib:
“Musa heç vaxt “sep” taxmır. Arada onu tikanlamışam, qulağına da gedib çatıb. Ələ salmaq kimi çıxır. Demişəm, sən təlxəklik edirsən. Dəfələrlə demişəm, lap acığına da getsin”.
Musa da onun dediklərini təsdiqləyib:
“Müşfiq parodiya etmir. Yamsılasın, amma düzgün yamsılasın. Arada çərçivədən çıxırlar. Çərçivədən çıxmasınlar. Çərçivədən çıxanda, yüngüllük, olur, düşüklük, dingişlik olur”.
Nehru