Müşfiqdə qaçqınların yaşadığı binada yanğın – FOTOLAR

Müşfiqdə qaçqınların yaşadığı qəsəbədə yanğın baş verib.

Yenicag.az xəbər verir ki, qəsəbənin 3 nömrəli binasının 4-cü mərtəbəsində yanğın baş verib.

Hadisə yerinə FHN yanğın söndürənləri cəlb edilib.

Yanğın söndürülüb. Xəsarət alan yoxdur.

Səxavət Məmməd