MÜSİAD Azərbaycan iş adamlarını iftarda bir araya gətirdi – FOTOLAR+VİDEO

MÜSİAD Azərbaycan iş adamlarını iftar süfrəsində bir araya gətirib.

Yenicag.az xəbər verir ki, “Hilton” otelində təşkil olunan iftar süfrəsində Türkiyənin ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, MÜSİAD sədri Abdurrahman Kaan, MÜSİAD Azərbaycanın başqanı Abdurrahman Uzun, millət vəkili Qənirə Paşayeva, TÜİB sədri Hüseyin Büyükfırat, ATİB-in rəhbəri Cemal Yanğınla yanaşı, ölkəmizdə fəaliyyət göstərən türkiyəli iş adamları, ictimaiyyət və media mənsubları iştirak ediblər.

İftardan sonra çıxış edən Abdurrahman Uzun MÜSİAD-ın Azərbaycandakı fəaliyyəti ilə bağlı məlumat verib. O, çıxışında MÜSİAD bayrağı altında birləşən şirkətlərdən və onların fəaliyyətindən söz açıb. Uzun onu da qeyd edib ki, müqəddəs ayda MÜSİAD üzvlərinin təşkilatçılığı ilə Afrində, Suriyada da iftar süfrələri açılıb.

Abdurrahman Kaan da çıxışında Azərbaycan Türkiyə qardaşlığından söz açıb. Azərbaycanı doğma vətən hesab etdiyini vurğulayan Kaan bəy dostluq, qardaşlıq münasibətlərinin əbədi oluğunu bildirib.

Səfir Erkan Özoral isə çıxışında müqəddəs ayda insanlara sülh və əminamanlıq arzu eləyib. Terrorun baş alıb getdiyini bildirən cənab Özoral insaların bu missiya uğrunda birləşməsinin vacibliyini qeyd edib.

Emin Səfərov

COP29