Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

MÜSİAD Bakıda iftar süfrəsi təşkil etdi – FOTO/VİDEO

Mayın 22-də Bakıda Müstəqil Sənayeçilər və İş adamları Dərnəyinin Bakı nümayəndəliyi tərəfindən iftar süfrəsi təşkil edilib.

Yenicag.az xəbər verir ki, “Fairmont Baku” otelində təşkil edilən iftar süfrəsində iş adamları bir araya gəlib.

“Qurani-Kərim” Tilavəti və Azanın oxunmasından sonra başlayan iftar süfrəsinə Türkiyənin Bakıdakı səfiri Erkan Özoral, Şimali Kipr Türk Cümhuriyətinin Bakı təmsilçisi Ufuk Turguner, millət vəkili Qənirə Paşayeva, TÜİB sədri Hüseyin Büyükfırat və digər iş adamları qatılıblar.

Proqrama uyğun olaraq, Ramazanın önəminə diqqət çəkən və Osmanlı dönəmində Ramazan adətlərini özündə əks etdirən qısametrajlı film nümayiş olunduqdan sonra MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Abdurrahman Uzun iftar dəvətini qəbul edib qatılan hər kəsə öz təşəkkürünü bildirib. O, Ramazanın paylaşma ayı olduğunu qeyd edib. MÜSİAD-ın artıq ardıcıl olaraq üçüncü ildir ki təşkil etdiyi iftar süfrəsi ətrafında toplanmağın birlik baxımından nə qədər önəm kəsb etdiyi vurğulanıb.

MÜSİAD-n fəaliyyətindən də söz açan Abdurrahman Uzun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyri-neft sektoruna diqqət yönəldilməsini daim vurğuladığını və bu baxımdan Azərbaycanda iqtisadiyyatın inkişafında, onun böyüməsində MÜSİAD-ın mühüm rol oynadığı qeyd edib.

Türkiyə səfiri Erkan Özoral iftar süfrəsi ətrafında insanları bir araya gətirdiyinə görə MÜSİAD-a öz təşəkkürünü bildirib və Ramazanın birlik və bərabərlik ayı olduğunu vurğulayıb:

“Bayaq məndən soruşdular ki, Azərbaycanda olan “Türk təşkilatlarından hansı daha güclüdür?” Mən isə dedim ki, heç biri. Çünki ortada birlik olmasa, bir yumruq kimi hər kəs birləşməsə, gücdən söhbət belə gedə bilməz”.

Erkan Özoral MÜSİAD-ın fəaliyyətini dəyərləndirərək qeyd edib:

“MÜSİAD Azərbaycan şöbəsinin iki fəaliyyətini yüksək qiymətləndirirəm. Birincisi, onun Qobustandakı Türk şəhidliyini bərpa etdirməsi və ikincisi də, keçən günlərdə Bakının mərkəzi küşəsi olan Nizami küçəsində iftar yeməyinin təşkil edilməsinə dəstək verməsi. Bu işlərin hər ikisi çox önəmlidir”.

Daha sonra iftar süfrəsinin təşkil olunmasında MÜSİAD-a yardımçı olan şirkətlərə plaketlər təqdim olunub və bununla da rəsmi hissə sona çatıb.

Aqil Bəkir
Səxavət Məmməd

www.yenicag.az

998
SFERA
VETENINFO
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM