MÜSİAD nümayəndələri Sahib Məmmədovla görüşdü

Bu gün MÜSİAD (Müstəqil Sənayeçi və İş adamları Dərnəyi) nümayəndələri Azərbaycan iqtisadiyyat nazirinin müavini Sahib Məmmədovla görüşüblər.

Yenicag.az xəbər verir ki, MÜSİAD-ın sədr müavini Adnan Bostan, Azərbaycan şöbəsinin rəhbəri Əbdürrəhman Uzun və idarə heyətinin üzvləri Türkiyənin ticarət müşaviri Ahmet Atakerlə birlikdə nazir müavininin qəbulunda olub. Görüş zamanı Adnan Bostan və Əbdürrəhman Uzun Sahib Məmmədova plaket təqdim ediblər.