Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Music Battle” yarışması davam edir - VİDEO/FOTO

“Cavan” Gənclər Hərəkatı İctimai Birliyi gənclərin asudə vaxtının səmərəli təşkili, onların mədəni zövqlərinin formalaşdırılması və gənc istedadların yaradıcılıq potensialının inkişaf etdirilməsi işinə töhfə verəcək daha bir layihəyə start verib.

Yenicag.az xəbər verir ki, Xaqani bağında yerləşən “Green Loft” restoranında (3-cü mərtəbə) keçirilən “Music Battle” adlı musiqi yarışması davam edir.

Yarışmanın ilk həftəsində iştirakçılar tar və gitara ifaçılarının yarışını izləyiblər. İkinci həftədə kamança və skripka ifaçılarının yarışı ilə davam edib. İlk hissədə ifaçılar öncədən hazırladıqları musiqiləri ifa ediblər.

İkinci hissə musiqi parçalarının qarşılıqlı ötürülməsi ilə davam etdirilib. Növbəti mərhələdə isə musiqiçilər əvvəlcədən onlara məlum olmayan musiqi nömrələrini səsləndirməli olublar. Yarışma başa çatdıqdan sonra iştirakçılar üçün xüsusi parti təşkil edilir.

Qeyd edək ki, layihə çərçivəsində ilk həftədə olduğu kimi, növbəti həftələrdə də müxtəlif musiqi alətlərində ifa edən gənclərin iştirakı ilə yarışlar təşkil ediləcək. Paytaxt sakinləri və şəhərimizin qonaqları keçiriləcək yarışmalara iştirakçı kimi qoşulmağa dəvət olunurlar. Yarışlar haqqında məlumat təşkilat tərəfindən mütəmadi olaraq elan olunacaq.

Festivalda iştirak üçün heç bir ödəniş tələb olunmur.

 

Loading...

www.yenicag.az

416
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100