Fernando Musleranın “Qalatasaray”dakı taleyinə aydınlıq gəlib.
Yenicag.az xəbər verir ki, uruqvaylı qolkiper İstanbul təmsilçisi ilə yeni sözləşməyə imza atıb.
Belə ki, 31 yaşlı əlcək sahibi 2021-ci ilədək Türkiyə klubunun şərəfini qoruyacaq.
Yeni müqavilənin şərtlərinə görə, o, hər ili üçün “sarı-qırmızılar”dan 3.575.000 avro maaş alacaq.
Qeyd edək ki, 31 yaşlı qolkiper 2011-ci ildən “Qalatasaray”da çıxış edir.
Yenicag.az