Müslüm Maqomayevin həyat yoldaşı xəstəxanaya yerləşdirildi

Dünya şöhrətli müğənni Müslim Maqomayevin həyat yoldaşı, Rusiyanın tanınmış opera müğənnisi Tamara Sinyavskaya xəstəxanaya yerləşdirilib.

Yenicag.az-ın məlumatına görə, hazırda 76 yaşlı müğənni kardiocərrahiyyə şöbəsində müalicə olunur.

Məlumata görə, onun cərrahiyyə əməliyyatına alınıb-alınmaması məsələsi gündəmdədir.

Xatırladaq ki, 1943-cü il iyulun 6-da anadan olan Tamara Sinyavskaya SSRİ Xalq artisti, Azərbaycanın Xalq artisti, musiqi sənətinin Əməkdar xadimidir. O, Rusiyanın “Şərəf” ordeni və IV dərəcəli “Vətənə xidmətlərinə görə” ordeni ilə təltif olunub.

COP29