“Azərbaycan və Türkiyə qardaşlıq münasibətləri fonunda təhsilin inkişaf etdirilməsi vacibdir”.
Yenicag.az xəbər verir ki, bunu mediaya videomüsahibəsində Azərbaycana səfərinin mahiyyətindən danışan İstanbul Aydın Universitetinin təsisçisi və Avrasiya Universitetlər Birliyinin sədri Mustafa Aydın deyib.
O, Azərbaycana tez-tez gəldiyini, çünki buranı öz vətəni kimi gördüyünü diqqətə çatdırıb.
“Həm aqrar, həm sosial, həm iqtisadi, həm də təhsil sahəsində daim yeniliklər və inkişaf əldə etmək üçün intensiv görüşlər keçiririk. İndiki səfərimizin də əsas məqsədi məhz təhsil ilə bağlıdır”, – deyə Mustafa Aydın bildirib.
Yenicag.az həmin videomüsahibəni təqdim edir:
Nəsimi Ələsgərli
Samir Məcidov