Mustafa Aydın Azərbaycana işgüzar səfərə gəlib – VİDEO

İstanbul Aydın Universitetinin təsisçisi və Qəyyumlar Şurasının sədri, Avrasiya Universitetlər Birliyinin prezidenti professor Mustafa Aydın Azərbaycana işgüzar səfərə gəlib.

Yenicag.az xəbər verir ki, Mustafa Aydın səfər çərçivəsində Səbail rayonu 7 nömrəli tam orta məktəbin qonağı olub.

Məktəblə tanışlıqdan sonra şagirdlərin hazırladığı kompozisiyalara tamaşa edilib, çıxışlar dinlənilib.

Burada Yenicag.az-a müsahibə verən Mustafa Aydın Azərbaycanla türkiyə arasında təhsil sahəsindəki əməkdaşlığın daha da artırılmasının vacibliyini vurğulayıb.

Qeyd edək ki, Mustafa Aydın səfər çərçivəsində azərbaycanlı dövlət rəsmiləri, universitet rəhbərləri ilə görüşəcək. Bu görüşlərdə təhsil sahəsindəki əməkdaşlıq perspektivləri ilə bağlı fikir mübadiləsi aparılacaq.

Onu da bildirək ki, Mustafa Aydını Azərbaycan səfərində “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı müşayiət edir.