Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Mustafa Cecelini Şəmkirə gətirən hansı milyonçudur? - Təfərrüatlar +ÖZƏL

Dünən Şəmkirin Şiştəpə kəndində Rusiyada yaşayan məşhur iş adamı Bayram Musayevin oğlunun toy mərasimi baş tutub.

Yenicag.az-ın əldə etdiyi məlumata görə, toyda məşhur türk sənətçisi Mustafa Cecəli və Rusiyada yaşayan tanınmış müğənni Nuri Sərinləndirici ilə Ceyn iştirak edib. Toyun aparıcısı Saleh Bağırov olub.

Qeyd edək ki, oğlanın əmisi Rusiyanın Sankt-Peterburq şəhərinin meyvə-tərəvəz bazarının 80 faizindən çoxunu, eləcə də, Azərbaycandan bu şəhərə meyvə-tərəvəz təchizatını nəzarətdə saxlayan “Akhmed Fruit Co” şirkətinin sahibi Aydın Paşa oğlu Musayevdir. “Akhmed Fruit Company” şirkəti 15 ildən çoxdur ki, fəaliyyət göstərir və nəinki Azərbaycandan, eləcə də Avropa ölkələrindən (sanksiyalardan qabaq), Afrikadan, Cənubi Amerikadan Rusiya bazarlarına meyvə-tərəvəz idxalı ilə məşğul olur.

Maraqlı məqamlardan biri də odur ki, Aydın Musayev ləğv edilmiş MTN-də formalaşmış Çovdarov-Mahmudov mütəşəkkil qruplaşmasının qubanlarındandır.

Bəyin atası Bayram Musayev isə Sankt-Peterburqda biznes fəaliyyəti ilə məşğuldur. Əldə etdiyimiz məlumata görə, Mustafa Cecelinin bu möhtəşəm büsatda iştirakı əminin qardaşoğluna toy hədiyyəsidir.

Cəvahir
Yenicag.az

www.yenicag.az

868
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM